CƏMİYYƏT
Sumqayıtda “Karyera - gələcəyini layihələndir” mövzusunda təlim keçirilib
Bakı, 7 may, AZƏRTAC
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzlərinin birgə təşkilatçılığı ilə iqtisadçı ekspert Arzu Qafarlının təqdimatında “Karyera - gələcəyini layihələndir” mövzusunda təlim keçirilib.
AZƏRTAC Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin saytına istinadla xəbər verir ki, təlimin məqsədi tələbə-gənclərin karyera planlaması, peşə biliklərinə yiyələnməsi, özünü motivasiya istiqamətində maarifləndirməsi və asudə vaxtlarının səmərəli təşkilidir.
Təlimdə peşə təhsil mərkəzlərinin müəllim və tələbə kollektivi iştirak ediblər.
Təlimdə gənclərlə şəxsi bacarıqların artırılması, gələcəyin perspektivli peşə istiqamətləri, işgüzar yanaşma mövzularında diskussiyalar aparılıb, onlar arasında maraqlı qrup çalışmaları təşkil edilib.
Sonda iştirakçıları maraqlandıran suallar təlimçi tərəfindən cavablandırılıb, aktiv gənclərə sertifikatlar təqdim olunub.