MƏDƏNİYYƏT


Sumqayıtda məktəblilər arasında bilik yarışması keçirilib

Bakı, 13 fevral, AZƏRTAC

Sumqayıt Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Sumqayıt şəhər komitəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Sumqayıt İdrak Liseyində bilik yarışması keçirilib.

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 3, 5, 14, 17, 25, 26 nömrəli orta məktəblər və İdrak liseyinin şagirdlərindən ibarət 7 komanda yarışıb.

Şagirdlərə Azərbaycan mədəniyyətini, incəsənətin müxtəlif sahələrini özündə əks etdirən 30 sual verilib. 3 turdan ibarət olan yarışın nəticələrinə görə İdrak liseyinin komandası birinci, 5 nömrəli orta məktəbin komandası ikinci, 3 nömrəli orta məktəbin komandası üçüncü yerlərə layiq görülüb.

Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.