CƏMİYYƏT
Suraxanı rayonunda evdən qızıl-zinət əşyaları və mobil telefon oğurlayanlar yaxalanıb
Bakı, 4 sentyabr, AZƏRTAC
Kriminalistik Tədqiqatlar İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayondakı evlərin birindən 600 manat dəyərində qızıl-zinət əşyaları və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Y.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisindəki evlərin birindən 100 manat pul və əntiq əşya oğurlamaqda şübhəli bilinən Abulbəyli kənd sakini E.Qasımov yaxalanıb.
Sentyabrın 3-də saat 2 radələrində Zabrat dəmir yolu stansiyasından 200 metr qoşa birləşdirici naqili və 100 metr aparıcı trosu kəsib oğurlamağa cəhd göstərən Bakı şəhər sakini M.Əliyev Nəqliyyatda Baş Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.
Faktla bağlı araşdırma aparılır.