RƏSMİ XRONİKA
TUNİS RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ZEYNULABİDİN BEN ƏLİYƏ
Hörmətli cənab Prezident,
Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan-Tunis əlaqələri, ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı çatdırır, dost Tunis xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı, 3 mart 2006-cı il.