TÜRKİYƏDƏ SEYSMİK FƏALLIQ DAVAM EDİR

Son vaxtlar Türkiyə ərazisində müşahidə olunun seysmik fəallıq hələ də səngiməmişdir . Bir həftə ərzində ölkənin müxtəlif bölgələrində kiçik və orta gücə malik 50-dən artıq zəlzələ qeydə alınmışdır. Ölkənin seysmoloqları bunu müsbət hal kimi qiymətləndirirlər. Çünki uzun illər yer altında seysmik proseslər nəticəsində yığılan enerji bir anda, böyük bir güclə deyil, yavaş-yavaş üzə çıxır. Bu isə güclü zəlzələ ehtimalını azaldır.

İyulun 26-da Dənizli vilayətinin ərazisində 3 yeraltı təkan qeydə alınmışdır. İstanbulun Boğaziçi Universiteti nəzdindəki Kandilli Seysmologiya Mərkəzinin məlumatına görə, yerli vaxtla saat 04.00-da Rixter cədvəli ilə 5 bal, saat 04.10-da 4,1 bal, saat 11.36-da isə 5,6 bal gücündə zəlzələlər baş vermişdir. Zəlzələlərin episentri Dənizli vilayətinin Buldan rayonudur. Təkanlar Muğla, Uşak, Manisa vilayətlərində də hiss edilmişdir.

Dənizli vilayətinin valisi Rəcəb Yazıcıoğlunun verdiyi məlumata görə, tələfat yoxdur. Yüngül yaralananlar var. Təbii fəlakətin vurduğu maddi zərər hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.