SİYASƏT


TÜRKPA-nın Baş katibi: Əminəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri daha da möhkəmlənəcək

Bakı, 9 iyun, AZƏRTAC

2020-ci və 2021-ci illər türkdilli dövlətlər üçün mühüm hadisələrlə əlamətdardır. Biz İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərini, türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu, Türkiyə Böyük Millət Məclisinin isə 100-cü ildönümlərini qeyd edirik. Bunlar çox böyük tarixi hadisələrdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov iyunun 9-da Bakıdakı Atatürk Mərkəzində "Türk dünyasının dünəni, bu günü və gələcəyi" mövzusunda keçirilən simpoziumda deyib.

TÜRKPA-nın Baş katibi vurğulayıb ki, Azərbaycanın Zəfəri bütün türk dünyasının qələbəsidir. Biz bununla fəxr edir və qürur duyuruq.

Ötən 30 ildə türkdilli ölkələr arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndiyini qeyd edən A.Mamayusupov bu baxımdan siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsində Türk əməkdaşlıq təşkilatlarının mühüm rolunu vurğulayıb. O, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.