CƏMİYYƏT
Taksi kimi idarə olunan avtomobildən bir kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Bakı, 19 sentyabr, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətlə davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının daxil olmuş məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Ağdaş rayon sakini O.Məmmədovun taksi kimi idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılıb. Avtomobildə olan İ.Mustafayev də saxlanılıb.
Polis əməkdaşları tərəfindən avtomobilin yük yerinə baxış zamanı 1 kiloqram 62 qramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla əlaqədar təhqiqat aparılır.