MƏDƏNİYYƏT


Tamaşaçıları qorxutmağı bacaran kinorejissor

Bakı, 8 iyun, AZƏRTAC

Çiço İbanyez Serrador bir kinorejissor kimi zamanında tamaşaçılar tərəfindən lazımi rəğbət qazanmasa da, sonralar onun gördüyü işlər daha çox diqqəti cəlb edib. Onun televiziyada gördüyü dahiyanə işlər kinoşünas kimi tanınmasına müəyyən maneələr yaradıb.

AZƏRTAC xəbər verir ki, Çiço “Feroz” və “Qoya” kinofestivallarının fəxri mükafatlarını aldıqdan sonra daha çox tanınmağa başlayıb.

Uruqvaylı rejissor əcaib filmləri ilə kinoteatrın qaranlıq zallarında tamaşaçıları qorxutmağa nail olub. Birinci “Dəhşətin şedevrləri”ndə ssenarist kimi çıxış etsə də, sonradan özünü rejissor kimi sınayıb. O, “Yataqxana” və “Kim bu uşağı öldürə bilər?” filmlərində qorxunc səhnələr çəkməklə tamaşaçılar arasında çaxnaşma yaratmağı bacarıb. “Bütün il bayramdır” (Todo el año es Navidad) ekran əsərində isə özünü aktyor kimi təqdim etməyi bacarıb.

Sonradan gənc rejissorlar dəhşətli filmlərin yaradıcısı Çiçonu özlərinə örnək sayıblar. Onlar hər zaman Çiço İbanyez Serrador haqqında ən yaxşı fikirlər söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.