MƏDƏNİYYƏT


Tanınmış şairə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə özbək dilində çap edilib

Daşkənd, 11 iyun, AZƏRTAC

Tanınmış şairə Sona Vəliyevanın “Dünya gözlərimdə çəhrayı rəngdə” kitabı Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi əsasında özbək dilində nəşr edilib. Kitab “İstiqlal-nuri” nəşriyyatında çap olunub.

Layihənin rəhbəri və “Ön söz”ün müəllifi AMM-in direktoru Samir Abbasov, tərtibçisi Qulu Kəngərlidir. Kitabı orijinaldan özbək dilinə tanınmış tərcüməçi Şəhla Qasımova çevirib.

“Ön söz”də qeyd edilir ki, məhsətilər, natəvanlar yetişdirən Azərbaycan xalqı XX əsrdə bir sıra tanınmış şair və yazıçıları ilə də öyünür. Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün, Hökümə Bülluri, Əzizə Əhmədova və digər ədiblərin əsərləri ədəbiyyatımızın zəngin xəzinəsinə aiddir. Müasir dövrdə Azərbaycan ədəbiyyatında öz dəst-xətti, qələmi ilə seçilən şairlərdən biri də Sona Vəliyevadır. Bu kitabın özbək poeziyasevərlərinə bir töhfə olduğu bildirilir.

Kitabda Vətən, Azərbaycan, Qarabağ, təbiət və məhəbbət mövzularında şeirlər yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.