MƏDƏNİYYƏT


Tbilisidə Azərbaycan dilinə həsr edilmiş “Ana dilim” adlı videoçarxın təqdimatı olub

Tbilisi, 21 dekabr, AZƏRTAC

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan dilinə həsr edilmiş “Ana dilim” adlı videoçarxın təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şairi Bəxtiyar Vahabzadənin eyniadlı şeiri əsasında hazırlanmış videoçarxın əsas məqsədi Azərbaycan dilinin Gürcüstanda yaşayan azərbaycanlılar arasında yaşadılması, təbliği və gələcək nəsillərə çatdırılmasıdır. Səkkiz dəqiqəlik çarxda müxtəlif yaş qrupları və sosial təbəqələrdən olan 31 azərbaycanlı B.Vahabzadənin “Ana dilim” şeirini səsləndirib. Videoçarxın səhnələrinin çəkildiyi ərazilər də xüsusi həssaslıqla seçilib. Bu ərazilər Gürcüstanda azərbaycanlıların tarixən yaşadıqları, dərin, tarixdən silinməyəcək iz qoyduqları məkanlardır.

Videoçarxda, eyni zamanda, tarixi keçmişimiz, milli kimliyimiz tərənnüm edilib.

Şeirlərin səsləndirildiyi səhnələr də xüsusi həssaslıqla seçilib və bu yerlər azərbaycanlıların tarixi ilə sıx bağlıdır.

Təqdimat mərasimində Tbilisidə oxuyan azərbaycanlı tələbələr, gənclər, icma nümayəndələri və ziyalılar iştirak ediblər.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.