MƏDƏNİYYƏT


Tbilisidə Azərbaycan xalçalarının sərgisi açılıb

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Tbilisidəki “Axundzadə Evi” İncəsənət Qalereyasında Azərbaycan xalçaları, rəsm əsərləri və tətbiqi incəsənət nümunələrindən ibarət “Şərq nağılları” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə 25- dən çox Azərbaycan xalçası ilə yanaşı, Ağa Məhəmməd şah Qacarın nəslinə aid rəsm əsərləri, vazalar, naxışlı minalanmış qablar, mis kuzələr, məşhur rəssamlar Rixard-Karl Zommer və Franz Rubonun şərq mövzusunda olan tabloları da nümayiş etdirilir.

Ümumilikdə sərgidə şəxsi kolleksiyalarında saxlanılan 60-dan çox təsviri və tətbiqi incəsənət nümunələri və qədim Azərbaycan xalçaları nümayiş olunur.

Azərbaycan xalçaları Tbilisidə yaşayan müxtəlif millətlərin nümayəndələrinin şəxsi kolleksiyalarına məxsusdur. Sərgilənən xalçalar arasında Quba, Şamaxı, Qarabağ və Azərbaycanın digər bölgələrinə aid olan xovlu və xovsuz xalça nümunələri var. Bu xalçalar öz təbii rəng və keyfiyyətlərini itirməyiblər.

Oktyabrın 30-dək davam edəcək sərgi çərçivəsində həmin xalçaların satışı da nəzərdə tutulub.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.