CƏMİYYƏT


Tədqiqatlara görə uşaqlar zəkanı anadan alırlar

Bakı, 17 may, AZƏRTAC

Mütəxəssislər genetik modifikasiya olunmuş siçanlar üzərində tədqiqat aparıblar. Bu tədqiqat insanlar üçün həyata keçirildiyi zaman oxşar bir nəticə əldə edilib. Nəticəyə görə uşaqlar ağıllarını analarının genlərindən alırlar.

AZƏRTAC tibbi saytlara istinadla bildirir ki, insan zəkasını formalaşdıran genlər “X” xromosomu ilə daşınır. Qadınlarda “X” xromosomu iki, kişilərdə isə sadəcə bir ədəddir. Atadan olan genlər uşağın fiziki quruluşu, anadan gələn genlər isə zəkasını formalaşdırır.

Alimlərin fikrincə, bəzi genlərə “şərti gen” deyilir. Ağıl ilə əlaqəli genlər şərti genlər kateqoriyasına daxildir.

İntellekt səviyyəsi bəzən ətraf amillər ilə də əlaqələndirilir, lakin zəka səviyyəsinin 60 faizi genlər tərəfindən ötürülür. Qalan nisbət isə ətraf mühit amillərinin təsiri ilə formalaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.