ELM VƏ TƏHSİL


Təhsil Nazirliyi: Regionlarda vətəndaşların videoqəbulu davam etdirilir

Bakı, 30 aprel, AZƏRTAC

Bakı, Sumqayıt, Gəncə, Quba və Lənkəran şəhər (rayon) təhsil şöbələri tərəfindən vətəndaşların müraciət, şikayət və təklifləri videoqəbul formatında dinlənilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videoqəbulun təşkil edilməsində məqsəd vətəndaş xidmətlərinin təkmilləşdirilməsi və əlçatanlığın təmin edilməsidir. Videoqəbulların keçirilməsi həm vətəndaşlara, həm də vəzifəli şəxslərə müraciətlərin operativ həlli istiqamətində səmərəlilik qazandırır.

Videoqəbulda iştirak etmək istəyən şəxslər nazirliyin Çağrı Mərkəzinin 146-1 nömrəsinə zəng edərək qəbula yazıla bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması səbəbindən Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi iyunun 1-dək fəaliyyətini dayandırıb. Fevralın 15-dən Təhsil Nazirliyində vətəndaşların qəbulu videoqəbul formatında təşkil edilir. Aprelin 19-dan etibarən isə regionlarda da vətəndaşların videobağlantı vasitəsilə qəbulu həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.