ELM VƏ TƏHSİL
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində 183 layihə qalib gəlib
Bakı, 19 iyun, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə ümumtəhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumtəhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib. Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, bunu Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin nəticələri barədə canlı yayımda Təhsil Nazirliyinin layihələr üzrə iş sektorunun müdiri Xamis Seyranov deyib.
O bildirib ki, ümumilikdə 76 rayon və şəhər üzrə ümumtəhsil müəssisəsi və müəllimlər qalib gəliblər.