ELM VƏ TƏHSİL


Tələbələrə “STEAM Azerbaijan” layihəsi barədə məlumat verilib

Bakı, 17 may, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” layihəsinin bir qrup iştirakçısı “STEAM Azerbaijan” layihəsi ilə tanışlıq məqsədilə təlimdə olub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, təlimdə iştirak edən 21 tələbəyə STEAM konsepsiyası, humanoid robotlar, CNC Laser aparatları, Micro:bit və Arduino kimi kitlər barədə məlumat verilib.

Təlimin təşkilində əsas məqsəd tələbələr tərəfindən hər iki layihə üçün maraq doğuracaq təkliflərin hazırlanması olub.

Qeyd edək ki, Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Kibertəhlükəsizlik” təlim layihəsi kibertəhlükəsizlik, kibercinayətkarlıqla mübarizə haqqında bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib. “STEAM Azerbaijan” layihəsi Təhsil Nazirliyi tərəfindən başladılıb və Təhsil İnstitutu tərəfindən icra olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.