REGİONLAR
Teruyuki Katori: Yaponiya hökuməti indiyədək Azərbaycanda 248 kiçik infrastruktur layihəsi reallaşdırıb
Şəki, 4 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən və ölkələrimiz arasında diplomatik əlaqələr qurulduqdan sonra Yaponiya hökuməti respublikanızın bütün ərazisində kiçik infrastruktur layihələri həyata keçirir. Ümumiyyətlə, “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində indiyədək Azərbaycanda ümumi dəyəri 20 milyon ABŞ dolları olan 248 layihə reallaşıb. Yaponiya səfirliyi Şəki şəhəri rəhbərliyi ilə əməkdaşlığa xüsusilə böyük diqqət ayırır. Bu səbəbdəndir ki, indiyədək Şəkidə 19 layihə icra olunub.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori deyib.
Bu layihələrin Yaponiya dövləti ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin bir göstəricisi olduğunu vurğulayan səfir bildirib ki, ölkələrimiz arasında diplomatik əlaqələr davam etdikcə, bu layihələr də davamlı olacaq.