SİYASƏT


Tibb təhsili olan 35 yaşadək vətəndaşlar hərbi hissələrin tibb məntəqələrində və hospitallarda vakant vəzifələrə qəbul üçün müraciət edə bilərlər

Bakı, 17 fevral, AZƏRTAC

Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi hissələrin tibb məntəqələrində, həmçinin həmin ərazilərdə fəaliyyət göstərən hospitallarda mövcud olan müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrdə xidmət etmək və çalışmaq üçün işə qəbul elan edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov fevralın 17-də jurnalistlərə müsahibəsində deyib.

Mətbuat katibi qeyd edib ki, tibb təhsili və fiziki cəhətdən sağlam olan 35 yaşadək vətəndaşlarımız bu qəbul üzrə müraciət edə bilərlər. Eyni zamanda, daha əvvəl Silahlı Qüvvələrin tərkibində hərbi həkim və ya feldşer vəzifələrində xidmət keçmiş və sonradan ehtiyata buraxılmış 40 yaşadək zabit və gizirlər də eyni qaydada müraciət edə bilərlər.

Namizədlərin Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə və ya yaşadıqları əraziyə yaxın olan hərbi hissələrin birinə müraciət etməsi kifayət edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.