Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tikintidə “Bir Pəncərə” prinsipi sahibkar məmnunluğunu artırır

Tikintidə “Bir Pəncərə” prinsipi sahibkar məmnunluğunu artırır

Bakı, 26 aprel, AZƏRTAC

Tikinti obyektinin tikintisinə icazələrin verilməsi üçün texniki şərtlər "Bir Pəncərə" prinsipi ilə 1 sorğu vasitəsilə "ASAN Kommunal” və “ASAN xidmət" mərkəzlərində əldə olunur. Tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi qaydalarına dair AZƏRTAC-ın suallarını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ayaz Çaparlı cavablandırıb.

- Tikinti niyyəti olan fiziki və hüquqi şəxslər özlərinə məxsus torpaq sahəsi üzərində tikinti obyektinin inşa edilməsinə başlamaq məqsədilə hansı orqana müraciət etməlidirlər?

-Tikinti niyyəti olan fiziki və ya hüquqi şəxslərin ilkin məlumatların əldə olunması və bütün lazımi sualların cavablandırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyətində formalaşdırılan tikintiyə icazələrin alınması üzrə “Bir Pəncərə”yə müraciət etmək imkanı mövcuddur. “Bir Pəncərə”də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “ASAN Kommunal”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi kimi dövlət qurumlarının nümayəndələri təmsil olunur. Sifarişçinin “Bir Pəncərə”yə onlayn qaydada elektron müraciəti əsasında isə tikintiyə icazələrin alınması üzrə icraat prosesinə başlanıla bilər.

- Tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması məqsədilə sahibkar hansı prosedurlardan keçməlidir?

-Azərbaycan Respublikasında tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi üçün ümumilikdə üç mərhələ üzrə cəmi 10 prosedur mövcuddur. Belə ki, sahibkar birinci mərhələdə tikinti obyektinin layihələndirilməsini həyata keçirməlidir. İlkin olaraq “Bir Pəncərə ” vasitəsilə, müraciət edildikdən sonra 10 gün ərzində tikinti obyektinin icazə verilən parametrləri barəsində ilkin məlumatlar əldə olunur. Daha sonra isə sifarişçinin tapşırığı əsasında müvafiq lisenziyası olan hüquqi və ya fiziki şəxs vasitəsilə mühəndis axtarış işləri aparıldıqdan sonra Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən 10 gün ərzində rəy verilir və eyni zamanda, müvafiq lisenziyalı şirkət tərəfindən topoqrafik tədqiqatlar da həyata keçirilir.

İkinci mərhələdə, sifarişçi tələb olunan sənədlər və ərizə ilə müraciət etdikdən sonra Bakı Şəhər İcra Hakimiyyətinin “Bir Pəncərə”yə sənədlərin təqdim olunması və yoxlanılmasını təmin edərək icazənin verilməsini həyata keçirir. Ekspertizası tələb olunmayan tikinti obyektləri üçün 15 gün ərzində tikintiyə icazə verilməsinə dair qərar qəbul olunur. Qeyd olunan müddət ərzində icra hakimiyyəti orqanı tərəfindən ekspertizası tələb olunmayan tikinti obyektləri üçün aidiyyəti qurumlardan 5 gün ərzində rəy, eyni zamanda, 10 gün ərzində “ASAN Kommunal” mərkəzlərindən bir sorğu vasitəsilə texniki şərtlər əldə edilir. Tikintiyə icazə əldə olunduqda isə Bakı Şəhər İcra Hakimiyyəti orqanı tərəfindən qərarın sürəti və xüsusi nişan sahibkara təqdim olunur.

Tikinti obyektinin inşasına başlanıldıqdan sonra isə tikinti prosesinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə əməl olunaraq icra etmək üçün tikintiyə dövlət, müəllif, texniki və daxili əməliyyat nəzarətləri həyata keçirilir. Tikintiyə dövlət nəzarətini həyata keçirən FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi yalnız müəllif, texniki və daxili əməliyyat yoxlamalarının aparılmasına nəzarət edir və tikinti-quraşdırma işlərinin normativ tələblərə uyğun aparılmasına dair “istismara hazırlıq aktı” tərtib edir. Eyni zamanda, “ASAN xidmət” mərkəzlərinin nəzdində Əmək Münasibətlərinin Monitorinq Mərkəzi tərəfindən qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqi həyata keçirilir. Həmçinin çoxmənzilli yaşayış binalarının və tikinti ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılır və aparılır.

Sonuncu mərhələdə isə, qanunvericiliyə əsasən müəyyən olunmuş müvafiq sənədlər icra hakimiyyəti orqanına təqdim olunur və 20 gün ərzində istismara icazənin verilməsi haqqında qərar qəbul olunur. İstismara icazə alındıqdan sonra isə tikili “Tikintilərin Dövlət Reyestri” nə daxil olunur, müvafiq olaraq istifadə kodu verilir və daha sonra isə tikinti obyekti “Daşınmaz Əmlakın Dövlət Reyestri”nə daxil olunur və çıxarış əldə edilir.

- Azərbaycan Respublikasında tikinti obyektinin tikintisinə və istismarına icazələrin alınması üzrə icraat prosesi dünya ölkələri ilə necə müqayisə olunur ?

-Xarici ölkələr ilə müqayisədə Bolqarıstan, Portuqaliya, Sloveniya, Belarus, Çexiya, Rumıniya və digər bu kimi ölkələrdə tikinti obyektinin tikintisinə və istismarına icazələrin əldə olunması üçün sərf edilməli olan prosedurların və günlərin sayı Azərbaycan Respublikası ilə müqayisədə nəzərə çarpacaq dərəcədə çoxdur.

Eləcə də, 2017-ci il ərzində həyata keçirilən islahatlar nəticəsində sahibkarların elektrik enerjisinə qoşulması və biznesə başlaması sahələrində də bir sıra dəyişikliklər edilib, proses daha da sadələşdirilib ki, bu da tikinti obyektinin tikintisinə və istismarına icazə alınmasına öz təsirini göstərib. Belə ki, elektrik enerjisinə qoşulma üçün cəmi prosedurların sayı 7-dən 3-ə endirilib, eləcə də elektrik enerjisinin əldə olunması üçün sərf edilən günlərin sayı 69 gündən 24 günə azaldılıb. Həmçinin sahibkarın biznesə başlaması üçün ümumilikdə 2 prosedurla 2,5 gün ərzində prosesin tamamlanması imkanı yaradılıb. Əlavə olaraq, işçilərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçirilməsi artıq onlayn olaraq qısa zaman ərzində həyata keçirilir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar