DÜNYA


Tokio Yaponiya və Çin xarici işlər nazirlərinin görüşünün ləğv olunmasına təəssüfləndiyini bildirib

Tokio, 5 avqust, AZƏRTAC

Yaponiya Çinin Pnompendə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) tədbirləri çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünü keçirməkdən imtina etmək qərarından təəssüflənir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno avqustun 5-də Tokioda keçirilən mətbuat konfransı zamanı bildirib.

“Bu qərar təəssüf doğurur. Məhz gərginliyin olduğu belə məqamlarda ünsiyyət vacibdir”, - deyə baş katib Pekinin hərəkətlərini şərh edərkən deyib.

Yaponiyanın digər G7 ölkələri ilə birlikdə Çinin xarici işlər naziri Van İnin “yararsız tullantı kağızı” adlandırdığı Tayvanla bağlı birgə bəyanatı qəbul etməsindən sonra Çin iki ölkənin xarici işlər nazirlərinin görüşünü ləğv etmək qərarına gəlib.

Xatırladaq ki, avqustun 2-də və 3-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Asiya-Sakit Okean regionuna turu zamanı Tayvana səfər edib. Bu, son 25 ildə ABŞ-ın belə yüksək səviyyəli siyasətçisinin Tayvana ilk səfəri idi.

Çin dəfələrlə ABŞ-a bu səfərin nəticəsiz qalmayacağı və sərt cavab tədbirləri görüləcəyi barədə xəbərdarlıq edib.

Avqustun 4-dən 7-dək Çin ordusu Tayvan boğazında genişmiqyaslı təlimlər keçirir.

Bu gərginlik fonunda G7 ölkələri Pekini regionda status-kvonu dəyişməməyə çağıran bəyanat yayıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.