Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tovuzda əkin dövriyyəsinə qatılan 12 min hektar sahəyə ərzaq buğdası səpilib

Tovuzda əkin dövriyyəsinə qatılan 12 min hektar sahəyə ərzaq buğdası səpilib

Tovuz, 14 aprel, Famil Quliyev, AZƏRTAC

Ölkə əhalisinin ərzaq təminatını yaxşılaşdırmaq üçün Tovuzun Ceyrançöl qış otlaqlarında 12 min hektar sahənin təyinatı dəyişdirilərək əkin dövriyyəsinə qatılıb və cari ilin məhsulu üçün burada ərzaq buğdası səpilib. Taxılla özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə rayonda keçən ilə nisbətən 13731 hektar çox taxıl əkini aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 14-də Tovuz Rayon İcra Hakimiyyətində cari ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunan şura iclasında rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalovun məruzəsində qeyd olunub.

Bildirilib ki, bu il rayonda 10 ton barama istehsal edilməsi üçün bütün hazırlıq işləri görülüb. Belə ki, 27 kənddə barama bəslənəcək yerlər müəyyənləşdirilib, kümxanalar aqrozootexniki tələblərə uyğun təşkil olunub. İpək qurdunun yem bazasının möhkəmləndirilməsi məqsədilə 2016-cı ilin payızında Çin Xalq Respublikasından gətirilmiş 10 min ədəd çəkil ağacları əkilib. Rayonda şəkər çuğundurunun əkilməsi üçün konkret yerlər müəyyənləşdirilib, 500 hektardan çox şum qaldırılıb və indiyədək 320 hektar sahədə səpin aparılıb. Tütün əkini üçün lazımi infrastruktura malik, su mənbəyi və suvarma şəbəkəsi olan əlverişli torpaqlar müəyyən edilib və 27 yaşayış məntəqəsinin ərazisində 50 hektar sahədə əkin planlaşdırılıb.

Diqqətə çatdırılıb ki, rayonda bağçılığın inkişafına diqqət artırılıb, payız-yaz mövsümündə 201 hektar sahədə yeni meyvə bağları salınıb. O cümlədən cari mövsümdə 13 hektar sahədə yeni fındıq bağı salınıb və fındıq bağlarının ümumi sahəsi 35,5 hektara çatdırılıb. Üzümçülük və şərabçılıqla bağlı tədbirlərin həyata keçirilməsi, xarici bazarlara çıxış üçün dövlət dəstəyinin göstərilməsi, şərab məhsulları ixracının artırılması və bu sahədə Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyası ilə əlaqələrin qurulması istiqamətində lazımi təşkilatı tədbirlər görülür. Rayonda 664 hektar üzüm bağı var ki, bunun 33 hektarı son ildə salınıb. Gələcəkdə üzüm bağlarının sahəsinin 3 min hektara çatdırılması proqnozlaşdırılıb.

Rayon üçün gəlirli sahələrdən olan kartofun əkin sahəsinin genişləndirilməsinə də xüsusi diqqət yetirilir. İndiyədək ötən illə müqayisədə 221 hektar çox sahədə kartof əkilib və əkin davam etdirilir. Heyvandarlığın səmərəli şəkildə inkişaf etdirilməsi, əlavə cins mal-qara gətirərək süd və süd məhsulları istehsalının artırılması, cins heyvandarlıq təsərrüfatlarının yaradılması istiqamətində də müvafiq addımlar atılır. Qapalı şəraitdə 1000 başlıq müasir heyvandarlıq kompleksi yaratmaq məqsədilə 550 hektar torpaq sahəsi ayrılıb və yem bitkiləri əkilməsi üçün 400 hektar sahədə şumlama işləri aparılıb. Kompleksdə onlarla yeni iş yerinin açılacağı gözlənilir.

Qeyd olunub ki, cari ilin birinci rübündə rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 faiz artıb. Hesabat dövründə rayonda 1657 ton ət, 6793 ton süd, 4 milyon 400 min ədəd yumurta istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 200 baş, qoyun və keçilər isə 622 baş artıb.

Cari ilin birinci rübündə tikinti-quruculuq və abadlıq işləri, digər sosial proqramlar da uğurla davam etdirilib. Qeyd olunub ki, bu il Düz Cırdaxan kəndində xalça istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Tovuz şəhərində Dövlət Bayrağı Muzeyi, Tarix-Diyarşünasıq Muzeyi, yüksək gərginlikli elektrik yarımstansiyası, dənli bitki toxumlarının istehsalı stansiyasının tikilməsi və istifadəyə verilməsi də gələcək planlar arasındadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yaylmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub