DÜNYA


“Toyota”nın illik satış həcmi 30 trilyon yeni ötüb

Tokio, 10 may, AZƏRTAC

Yaponiyanın “Toyota” avtomobil istehsalı şirkətinin rəhbərliyinin bildirdiyinə görə, cari ilin martında başa çatan maliyyə ilində şirkət rekord səviyyədə satış həcmi qeydə alıb.

AZƏRTAC xəbər verir ki, ilk dəfə bu göstəricinin 30 trilyon yen (275 milyard dollar) təşkil etdiyi bildirilib. Bu, səhmləri fond bazarlarında dövr edən yapon şirkətləri arasında tarixdə ən yüksək göstəricidir.

“Daihatsu” və “Hino” şirkətlərinin də daxil olduğu “Toyota” şirkətlər qrupunun satışları 3 faiz artıb. Adi əməliyyatlardan gəlirin miqdarı isə 22 milyard dollar təşkil edib. Həm satışın həcmi, həm də gəlir ikinci ildir ki, artır.

Şirkətdən bildirildiyinə görə, ABŞ-da və Yaponiyada avtomobillərin satışı azalsa da, Asiyada 9 faiz, Avropada isə 2 faiz artım qeydə alınıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.