ELM VƏ TƏHSİL


Turizm və Menecment Universitetinin tələbələri Mərakeşdə təcrübə keçəcəklər

Bakı, 2 aprel, AZƏRTAC

Aprelin 2-də Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarş ilə görüş olub.

Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib. Bildirilib ki, görüşdə ATMU-nun rektoru İlham Mədətov universitetin fəaliyyəti, tədris prosesi, beynəlxalq əlaqələri barədə məlumat verib, ölkənin turizm potensialı və turizm təhsili üzrə mümkün əməkdaşlıq imkanlarından söz açıb. Rektor iki dövlət arasında ildən–ilə genişlənən əməkdaşlıq çərçivəsində təhsil sahəsində də əlaqələrin möhkəmləndirilməsinin xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.

Məhəmməd Adil Embarş ölkəmizdə turizmin inkişafı istiqamətində həyata keçirilən işlərdən, asan viza sisteminin üstünlüklərindən, Azərbaycanın dünyada gündən–günə artan nüfuzundan və beynəlxalq aləmdə multikulturalizm mərkəzi kimi tanınmasından bəhs edib.

Görüşdə ATMU tələbələrinin Mərakeş Krallığında fəaliyyət göstərən turizm iaşə obyektlərində istehsalat təcrübələrinin təşkili məsələsi müzakirə olunub. İlham Mədətov və Məhəmməd Adil Embarş ATMU və Mərakeş Krallığında turizm ixtisası üzrə tədris aparan ali təhsil müəssisələri ilə beynəlxalq təhsil layihələri çərçivəsində əməkdaşlıq əlaqələrinin qurulmasının məqsədəuyğunluğunu bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.