MƏDƏNİYYƏT


Türk-Alman Sahibkarlar Birliyinin Almaniyada nəşr edilən jurnalında Nəsiminin 650 illik yubileyi barədə məlumat verilib

Berlin, 18 dekabr, AZƏRTAC

Türk-Alman Sahibkarlar Birliyinin Almaniyada nəşr edilən jurnalının 39-cu sayında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illik yubileyi münasibətilə ölkəmizin Almaniyadakı səfirliyi tərəfindən Berlində təşkil edilən konsert barədə məlumat verilib.

AZƏRTAC xəbər verir ki, yazıda konsertdə “Qarabağ Muğam Qrupu”nun ifasında unudulmaz musiqilərin səsləndirildiyi qeyd olunur.

Məlumatda konsertdən şəkillər yerləşdirilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.