DÜNYA
Türk Hava Qurumunun 20 vasitəsi meşə yanğınlarının söndürülməsində iştirak edir
İstanbul, 30 iyul, AZƏRTAC
Türk Hava Qurumunun (THK) 20 hava vasitəsi ölkənin müxtəlif bölgələrində meşə yanğınlarının söndürülməsində iştirak edir.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bununla bağlı qurumdan açıqlama verilib.
Məlumatda bəzi media qurumlarında THK-nın yanğınlarda iştirak etmədiyi ilə bağlı yalan məlumatların yayıldığı bildirilir.
Qeyd edilib ki, hazırda üç ədəd min litr tutum gücünə malik “Beriev BE -200” amfibiya yanğınsöndürmə təyyarəsi, 15 ədəd "Mi-8" və iki ədəd "CH-47 Chinook" helikopteri başda olmaqla ümumilikdə 20 hava vasitəsi ölkənin müxtəlif bölgələrində baş verən yanğınlara müdaxilə edir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]