ELM VƏ TƏHSİL


Türk dünyasının alimləri UNEC-də

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 27-29-da Türk Dünyası Araşdırmaları Vəqfinin dəstəyi ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) XIX Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı keçiriləcək.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransda Türkiyənin elm və təhsil sahəsi üzrə bir sıra rəsmiləri, türk dövlətlərinin aparıcı universitetlərinin rektorları və nüfuzlu alimləri də iştirak edəcəklər.

Konfransın açılışından öncə ümummilli lider Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət olunacaq, eləcə də UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan yeni memorial-xatirə kompleksinin açılışı olacaq.

Üç gün davam edəcək konfransda postpandemiya dövründə türk dünyası dövlətləri arasında təhsilin inkişafı, yeni əməkdaşlıq imkanları, eləcə də Qarabağ Zəfərinin türk dünyası ölkələrinə iqtisadi təsirləri ilə bağlı geniş və maraqlı müzakirələr aparılacaq, təkliflər irəli sürüləcək.

Sentyabrın 28-də xarici qonaqların Ağdam şəhərinə səfəri də nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.