DÜNYA


Türkiyə ilə sərhəddəki çadır şəhərciyində məskunlaşan qaçqınların sayı bir milyona çatıb

Ankara, 11 sentyabr, AZƏRTAC

Türkiyə ilə sərhəddə Suriyanın İdlib bölgəsində salınmış çadır şəhərciyinin sürətlə böyüməsi təhlükəli həddə çatıb.

AZƏRTAC xəbər verir ki, hazırda bu çadır şəhərciyində yerləşən qaçqınların sayı 1 milyon nəfərə çatıb. Onların təxminən 400 mini may ayından bu bölgəyə gələnlərdir.

Prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyənin yeni bir qaçqın dalğasına ev sahibliyi etmək fikri yoxdur. Belə bir hal baş verərsə, suriyalı qaçqınların Avropaya kütləvi axını qaçılmaz olacaq.

Qeyd edək ki, bölgədəki qaçqınların əsas ümid yeri Türkiyədən çatdırılan humanitar yardımlardır. Çadır şəhərciklərində son dərəcə acınacaqlı vəziyyət hökm sürür. Su, ərzaq və dərman çatışmır, qışın gəlişi vəziyyəti daha da ağırlaşdıracaq.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.