MƏDƏNİYYƏT


Türkiyədə “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram təşkil olunub

Ankara, 14 fevral, AZƏRTAC

Türkiyənin Ərzurum Atatürk Universiteti ilə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı əsasında “Aşıqların dilində Qarabağ” mövzusunda onlayn bədii proqram keçirilib.

AZƏRTAC xəbər verir ki, Atatürk Universiteti müəllimi Gürsoy Solmaz tərəfindən idarə olunan bədii proqram fevralın 14-də Türkiyə vaxtı ilə 14.00-da Zoom vasitəsilə başlayıb.

Açılışda Gürsoy Solmaz, Akif Nağı, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqaları tədbirin məqsədi ilə bağlı ətraflı məlumat verib, iştirakçı el aşıqlarına təşəkkürlərini ifadə ediblər.

Proqramda Azərbaycan, Türkiyə və Rusiyanın müxtəlif bölgələrini təmsil edən sənətkarlar - Esat Kabaklı, Səlahəddin Dündar, Şirzad Pirallahi, Əziz Əliyev, Serpil Bayrak, Nargilə Mehdiyeva, Füzuli Cavadzadə və digər tanınmış aşıqların çıxışları olub. Sazlı-sözlü tədbirdə Azərbaycanın gözəl təbiətini, Qarabağın füsunkar gözəlliyini, xalqımızın öz torpağına və vətəninə bağlılığını, qəhrəman övladlarımızın igidlik salnamələrini tərənnüm edən ifalar dinlənilib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.