Türkiyədə Atatürkü Anma, Gənclik və İdman bayramı coşqu ilə qeyd edilib
AzerTAg.az

Bakı, 19 may, AZƏRTAC
Türkiyədə 19 may - Atatürkü Anma, Gənclik və İdman bayramı coşqu ilə qeyd edilib.
AZƏRTAC xəbər verir ki, gənclik və idman naziri Mehmet Muharrem Kasapoğlu tərkibində Azərbaycan nümayəndələrinin də olduğu heyətlə Anıtqəbiri ziyarət edib. Atatürkün xatirəsi ehtiramla anılıb və İstiqlal Marşı oxunub.
Nazir Türkiyənin 81 vilayətindən, Şimali Kipr Türk Cümhuriyyətindən və Azərbaycandan gələn gənclərlə, həmçinin idmançılarla söhbət edib və xatirə şəkli çəkdirib.
Ziyarətdən sonra mətbuat nümayəndələrinə açıqlama verən gənclik və idman naziri deyib: “19 Mayın 104-cü ilindəyik. Qazi Mustafa Kamal Atatürkün Samsunda alovlandırdığı istiqlal məşəlinin 104-cü ilində yenə eyni ruh, yenə eyni inanc və eyni əzmlə gələcəyə addımlayırıq”.
19 may Türkiyənin bütün vilayətlərində, o cümlədən Samsunda və İstanbulda silsilə tədbirlərlə bayram edilib.
Xəbərin mətnində orfoqrafik səhv var