CƏMİYYƏT


Türkmənistanda “Xəzər dənizi – dayanıqlı inkişaf və idarəetmə” mövzusunda regional seminar keçiriləcək

Aşqabad, 12 fevral, AZƏRTAC

Mart ayında Türkmənistanın “Avaza” milli turizm zonasında “Xəzər dənizi – dayanıqlı inkişaf və idarəetmə” mövzusunda regional seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu ölkənin Xarici İşlər Nazirliyi və Türkmənistan Prezidenti yanında Xəzər dənizi məsələləri üzrə Dövlət müəssisəsinin Beynəlxalq Okeanlar İnstitutu (IOI) ilə hər il birgə təşkil etdiyi bu növbəti forumun işində Xəzəryanı dövlətlərin mütəxəssisləri iştirak edəcəklər.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bununla bağlı bildirib ki, Xəzərlə bağlı məsələlər önün ölkəsinin xarici siyasət kursunun prioritet aspektləri sırasındadır. Qarşıdakı birinci Xəzər İqtisadi Forumu çox mühüm beynəlxalq hüquqi sənədlə - 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin başçılarının V Sammitinin yekunlarına dair imzalanmış Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya ilə şərtlənən dövlətlərimizin qarşılıqlı münasibətlərinin ən yeni tarixində strateji xarakterli ilk mühüm hadisələrdən biri olacaq.

Vahid və dayanıqlı ekoloji təhlükəsizlik sisteminin yaradılması üzrə Xəzəryanı bölgədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha da artdığını qeyd edən Prezident Berdiməhəmmədov “Xəzər dənizi – dayanıqlı inkişaf və idarəetmə” regional seminarına hazırlığın yüksək səviyyədə təmin olunması üçün göstəriş verib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.