İDMAN


UEFA Millətlər Liqası: Kipr-Azərbaycan oyunu başlayıb

Bakı, 8 sentyabr, AZƏRTAC

Futbol üzrə UEFA Millətlər Liqasının ikinci turu çərçivəsində Kipr-Azərbaycan oyunu başlayıb.

AZƏRTAC xəbər verir ki, Nikosiyadakı GSP stadionunda keçirilən matçda Azərbaycan millisinin start heyətində meydana Emil Balayev, Bəhlul Mustafazadə, Maksim Medvedev, Abbas Hüseynov, Bədavi Hüseynov, Anton Krivotsyuk, Qara Qarayev, Elvin Camalov, Təmkin Xəlilzadə, Rəhim Sadıxov və Ramil Şeydayev çıxıblar.

Kipr komandasının ilk onbirliyində isə Haralambos Kiriakidis, Andreas Karo, Valentinos Sielis, Haralambos Kiryaku, Dimitris Xristofi, Pyeros Sotiriu, İoannis Kusulos, Kostas Laifis, Qriqoris Kastanos, Marinos Tsionis və İoannis Pittas yer alıblar.

Qarşılaşmanı slovakiyalı hakimlər briqadası idarə edir. Matçın baş hakimi Filip Qlovadır. Ona həmyerliləri Peter Bednar və Frantişek Ferenç kömək edirlər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirir.

C Liqasının 1-ci qrupunda yer alan hər iki komanda turnirə məğlubiyyətlə başlayıb. Kipr doğma meydanda Monteneqroya (0:2), Azərbaycan millisi isə Lüksemburqa (1:2) uduzub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.