ELM VƏ TƏHSİL
UFAZ-ın tələbələri beynəlxalq ingilis dili imtahanı barədə məlumatlandırılıb
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Beynəlxalq təhsil həftəsi” çərçivəsində “British Council ilə IELTS və digər imkanlar” mövzusunda seminar keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “British Council-Azərbaycan” ofisinin imtahanlar üzrə əlaqələndiricisi Cavid Qulusoy və layihə rəhbəri Flora Poladova Böyük Britaniya və dünyanın bir çox ölkələrinin ali məktəblərinə qəbul şərtlərindən biri olan beynəlxalq ingilis dili imtahanı (IELTS) və təmsil etdikləri qurumun keçirdiyi professional sertifikat imtahanları haqqında tələbələrə ətraflı məlumat veriblər.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:13]
BDU-da “Türk otağı” açılıb
- 26.04.2024 [15:49]
BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir
- 26.04.2024 [15:35]
Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar
- 26.04.2024 [15:15]
BDU tələbəsi qeyri-formal tədris metodları vasitəsilə təlimlər keçəcək
- 26.04.2024 [15:09]
Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib
- 26.04.2024 [14:55]
Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub
- 26.04.2024 [14:43]