DÜNYA
UKRAYNADA PREZİDENT SEÇKİLƏRİ KAMPANİYASI BAŞLANMIŞDIR
Parlamentin sədri “Siyasi islahatlar aparılmayacağı təqdirdə, oktyabrda keçiriləcək prezident seçkilərində hazırkı Baş nazir Viktor Yanukoviçin namizədliyi başqası ilə əvəz oluna bilərmi?” sualına cavab verərək demişdir ki, ehtiyat variantlar yoxdur, belə ki, heç kim əvəzedici rolunu oynamağa razılıq verməz.
O vurğulamışdır ki, onun özü dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürmək niyyətində deyildir.
“Naşa Ukraina”nın lideri Viktor Yuşşenko və “Yuliya Timoşenkonun Bloku”nun rəhbəri Yuliya Timoşenko prezident seçkilərində ümumi namizəd Yuşşenkonun qələbəsini dəstəkləmək üçün səyləri birləşdimək məqsədi ilə koalisiya sazişi imzalamışlar.
Hər iki siyasətçi Ukrayna Sosialist Partiyasının lideri Aleksandr Moroza müraciət edərək, onu siyasi meydanda yaranmış vəziyyəti bir daha araşdırmağa və düşünülmüş qərar qəbul etməyə çağırmışdır.
Qeyd etmək lazımdır ki, təhlilçilərin rəyinə və ictimai sorğulara görə, prezidentlik uğrunda əsas mübarizə V.Yanukoviç və V.Yuşşenko arasında gedəcəkdir.