MƏDƏNİYYƏT


Üç dəqiqəlik video müsabiqəsi elan olunub

Bakı, 22 iyul, AZƏRTAC

Həvəskar rejissor və videooperatorlar arasında “Chiayi beynəlxalq üç dəqiqəlik video” müsabiqəsi elan olunub.

AZƏRTAC xəbər verir ki, videolar üçün tələb olunan xronometraj 3 dəqiqədən artıq olmamalıdır.

İştirakçılar mövzu seçimində sərbəstdirlər. Müsabiqə bir neçə nominasiya üzrə keçiriləcək. Birinci yerin qalibinə 10 min ABŞ dolları məbləğində pul mükafatı veriləcək.

Müsabiqə haqqında ətraflı məlumat almaq və müraciət etmək üçün https://filmfreeway.com/2021ThreeMinutesVideoCompetition linkinə daxil ola bilərsiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.