CƏMİYYƏT


Üç gün ərzində Tibb Universitetinin 34 tələbəsinin pulsuz əməliyyat edilməsi planlaşdırılır

Bakı, 28 aprel, AZƏRTAC

Hər il olduğu kimi bu il də aprelin 28-də Azərbaycan Tibb Universitetində (ATU) məşhur oftalmoloq, akademik Zərifə Əliyevanın ad gününə həsr olunmuş humanitar xeyriyyə aksiyasına start verilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli və Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri, oftalmoloq-həkim Qurban İsmayılovun təşəbbüsü ilə universitetdə təhsil alan 8 tələbə pulsuz göz əməliyyatı olunublar.

Qurban İsmayılov qeyd edib ki, bu gün 8 tələbə “Excimer lazer” göz əməliyyatı olunub: “Onlar aztəminatlı ailənin övladlarıdır. Həmin tələbələrin laborator müayinələrindən tutmuş bütün əməliyyat xərclərinə kimi lazım olan hər bir şey universitet rəhbərliyinin təşəbbüsü ilə ödənilib. Əməliyyat zamanı gənclərin gözündə yüksəkdərəcəli mioplar aradan qaldırılıb. Əməliyyat tam fəsadsız başa çatıb”.

Aksiya üç gün ərzində davam edəcək. Bu müddətdə ümumilikdə 34 tələbənin əməliyyat olunacağı planlaşdırılır.

Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə hər il mayın 10-da - ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümündə də tələbələr üçün belə aksiyalar təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.