DÜNYA
Uilyam Şekspirin Londonda yaşadığı ev tapılıb
London, 16 aprel, AZƏRTAC
İngilis şairi, yazıçısı və aktyoru Uilyam Şekspirin Londonda yaşadığı ev tapılıb. Yazıçı məşhur “Romeo və Cülyetta” əsərini bu evdə yazıb.
AZƏRTAC xəbər verir ki, teatr tarixçisi Cefri Marş yazıçının 1590-cı illərdə yaşadığı evi tapmaq üçün rəsmi qeydlər və vergi sənədləri üzərində araşdırma aparıb. Bu araşdırmalar nəticəsində tarixçi Şekspirin Londonun mərkəzi olan Liverpul küçəsində yaşadığını dəqiqləşdirib.
Cefri Marş deyib: “Şekspirin Londonda yaşadığı yer bizə onun işi və həyatı üçün ilham verən daha dərin məlumatlar verir”.
Qeyd edək ki, yazıçının yaşadığı yerin tapılmasında 1597-1598-ci illərdə ödədiyi vergi qeydlərinin böyük rolu olub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
- 26.04.2024 [13:35]
Gürcüstan əhalisinin sayı 1,1 faiz azalıb
- 26.04.2024 [12:47]