DÜNYA
Ukraynada koronavirus: son sutkada 2582 yoluxma, 44 ölü
Kiyev, 10 sentyabr, AZƏRTAC
Ukraynada koronavirusa yoluxma hallarında artım davam etməkdədir.
AZƏRTAC Ukrayna Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, bu ölkədə son sutkada 2582 nəfər koronavirusa yoluxub, 44 nəfər isə dünyasını dəyişib. Ən çox yoluxma Kiyev, Xarkov, Ternopl, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 145 min 612 nəfərə çatıb. Bu infeksiyadan ölənlərin ümumi sayı 3023 nəfərdir, 65 min 877 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [12:33]
Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq
- 26.04.2024 [12:02]
Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək
- 26.04.2024 [11:54]
Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək
- 26.04.2024 [11:47]
Ayın üzərində ilk reklam yerləşdirilib
- 26.04.2024 [11:15]
Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir
- 26.04.2024 [11:10]
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
- 26.04.2024 [10:26]
Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib
- 26.04.2024 [09:23]