MƏDƏNİYYƏT
Ukraynalı yazıçı: “Xarıbülbül” festivalı – qürur, ləyaqət, bəxtəvərlik bayramı
Kiyev, 17 may, AZƏRTAC
Uzun fasilədən sonra bu il keçirilən “Xarıbülbül” musiqi festivalı Azərbaycan şəhidlərinin nurlu xatirəsinə həsr edilib. Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, qədim Qarabağ torpağından, məşhur Şuşa şəhərindən bütün dünyaya mesaj göndərilib.
Bu barədə AZƏRTAC-ın müxbiri ilə söhbətində ukraynalı yazıçı, ictimai xadim Lesya Mudrak bildirib.
O qeyd edib ki, “Xarıbülbül” festivalı – qürur, ləyaqət, bəxtəvərlik bayramıdır.
Lesya Mudrak əlavə edərək deyib: “Ukrayna xalqı özünün dini, milli, mənəvi köklərinə bağlılığı ilə tanınan azərbaycanlılardan örnək götürməlidir. Əks təqdirdə işğala son qoyulmasına heç vaxt nail oluna bilinməzdi. Biz ukraynalı dostlar sizin sevincinizə şərikik, sizin qələbənizlə, mədəni dirçəlişinizlə fəxr edirik və ümidvarıq ki, nə vaxtsa bizim ölkəmizdə də həmrəylik və xatirə festivalı keçiriləcək”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev