SİYASƏT


Ukraynalılar və soydaşlarımız Türkiyədəki zəlzələ qurbanlarının xatirəsini yad edirlər - AZƏRTAC-ın reportajı VİDEO

Kiyev, 7 fevral, AZƏRTAC

Türkiyədə baş verən dağıdıcı zəlzələnin qurbanlarının xatirəsini yad etmək üçün ukraynalılar qardaş ölkənin Ukraynadakı səfirliyinin qarşısına gələrək gül dəstələri qoyurlar.

AZƏRTAC-ın hadisə yerində olan xüsusi müxbirinin verdiyi məlumata görə, gün ərzində buraya gələn vətəndaşlar Türkiyə xalqı ilə həmrəyliyini nümayiş etdirir, zəlzələdə həlak olanların xatirəsinə şam yandırırlar.

Ukraynada yaşayan soydaşlarımız da səfirliyin qarşısına gələrək gül çiçəkləri düzürlər.

AZƏRTAC hadisə yerindən foto və videoreportajı təqdim edir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.