MƏDƏNİYYƏT


Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib

Lvov, 24 sentyabr, AZƏRTAC

Ukraynanın Lvov şəhərində etnik millətlərin mədəniyyət forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, Lvov vilayət Administrasiyasının təşkilatçılığı ilə reallaşan forum şəhərin mərkəzinə doğru yürüşlə başlayıb. Daha sonra forumda iştirak edən ölkələr öz milli geyimlərini, rəqslərini və musiqilərini nümayiş etdirib. Hər il olduğu kimi bu il də forumda Lvov şəhər Azərbaycanlıları Konqresi və Lvov şəhər Azərbaycanlı Gənclər Birliyi ilə birlikdə ölkəmizin qədim və zəngin mədəniyyəti nümayiş etdirilib.

Səhnədə azərbaycanlı ifaçı Mehman Rüstəmov milli geyimli gənclərimizlə birlikdə bir-birindən rəngarəng musiqi nömrələrini şəhər ictimaiyyətinə çatdırıb. Azərbaycan təmsilçiləri ilk çıxışlarına “Sarı gəlin” milli musiqimizlə başlayıb.

Lvov şəhərinin qubernatoru Oleq Snyutka bildirib ki, Azərbaycan ilə Ukrayna arasında çox sıx əməkdaşlıq əlaqələri var və bu dost ölkə Ukraynada baş verən ictimai-siyasi, mədəni proseslərdə aktiv iştirak edir.

Qubernator Azərbaycan nümayəndə heyətini diplomla təltif edib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Lvov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.