HEYDƏR ƏLİYEV - 100


Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar yaradıcılıq müsabiqəsi elan edilib

Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar yaradıcılıq müsabiqəsi elan edilib

Bakı, 24 may, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC Azərbaycan Mətbuat Şurası ilə birlikdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında yaradıcılıq müsabiqəsi keçirir.

Şuradan AZƏRTAC-a verilən məlumata görə, müsabiqə üzrə 3 istiqamət – “Azərbaycan dəmir yollarının inkişafının Heydər Əliyev modeli”, “Heydər Əliyevin reallaşan arzusu: Qədim İpək Yolundan TRASEKA-yadək, Şərqlə Qərbin, Şimalla Cənubun qovuşuğunda”, “Sibirin və Uzaq Şərqin böyük kəşfi-Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev nəhəngliyi” mövzuları nəzərdə tutulub.

Müsabiqəyə təqdim olunmuş yazılarda nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə, analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə, faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə, ifadə vasitələrinin zənginliyinə, oxucu üçün informasiyalılıq dərəcəsinə, qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına üstünlük veriləcək.

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən çox olmamalıdır. Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur. Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır. Müsabiqə üçün yazı və multimedia materiallarının təqdimatı iki yolla aparılır – şəxsən və elektron qaydada.

Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır. Müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti, şəxsin şəxsiyyət vəsiqəsinin surəti, şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu, müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın bir nüsxəsi, multimedia materialının diski, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir), diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla), yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir. Yazılar və multimedia materialları elektron qaydada təqdim edilərkən müsabiqə yazısı ("Word" faylında, imzasız), müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word" faylında), yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr, yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də çalışdığını təsdiqləyən çıxarış, yazı müəllifinin əlaqə vasitələri əlavə olunmalıdır.

Müsabiqənin qalibləri I yer - 3 nəfər 1000 manat, II yer - 3 nəfər 700 manat, III yer - 3 nəfər 500 manat olaraq mükafatlandırılacaqlar. İştirakçılara, həmçinin həvəsləndirici mükafatlar təqdim olunacaq. Müsabiqə üzrə mükafatlandırma bu elanın “Müsabiqənin istiqamətləri” adlı II bölümündə göstərilmiş hər istiqamət üzrə ayrılıqda aparılacaq.

Müsabiqə qaliblərinin adları 2023-cü il iyul ayının 20-də açıqlanacaq.

Müsabiqəyə 2023-cü il iyunun 1-dən, 2023-cü il iyulun 15-dək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq yazılar, müsahibələr, həmçinin telekanallarda efirə verilmiş videomateriallar, videoçarxlar, radiolarda səsləndirilmiş audiomateriallar buraxılacaq.

Müsabiqəyə yazılar və multimedia materialları [email protected] elektron ünvanına göndərilməlidir. Müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 2023-cü il iyunun 1-dən 2023-cü il iyulun 15-dək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək. Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Ətraflı məlumat üçün (+994 12) 441 35 96, (+994 50) 324 65 30, (+994 50) 242 09 91 nömrələrlə əlaqə saxlaya bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.