Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü İndoneziyanın Bakrie Universitetində qeyd edilib

Cakarta, 25 may, AZƏRTAC

Mayın 25-də İndoneziyanın Cakarta şəhərində yerləşən Bakrie Universitetində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə “Dövlətçiliyin möhkəmləndirilməsində liderlərin rolu” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və İndoneziyanın Dövlət himnləri səsləndirilib.

Tədbiri açan Bakrie Universitetinin prorektoru Tri Andika Azərbaycan ilə İndoneziya arasında münasibətlərin yüksək səviyyəsindən məmnunluq ifadə edərək, Azərbaycan səfirliyi ilə birlikdə keçirilən tədbirin bu əlaqələrin bariz nümunəsi olduğunu vurğulayıb. Ölkəmizin İndoneziyadakı səfirini Bakrie Universitetində salamlamaqdan məmnunluğunu ifadə edib. Hər bir ölkənin müstəqilliyinin qazanılmasında və qorunmasında liderlərə ehtiyacı olduğunu qeyd edən prorektor İndoneziyanın müstəqilliyində ölkənin ilk Prezidenti Sukarnonun, Azərbaycanda isə ümummilli lider Heydər Əliyevin xüsusi rolunun olduğuna diqqət çəkib. Bugünkü tədbirin məhz bu iki liderin fəaliyyətinə həsr olunduğunu, Bakrie Universitetinin tələbələrinin təqdim ediləcək çıxışlardan sonra suallarını istər Azərbaycan səfirinə, istərsə də universitetin rəhbərliyinə yönəldə biləcəklərini vurğulayıb. Çıxışının sonunda universitet ilə səfirlik arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Bakrie Universitetinin rəhbərliyini və müəllim-tələbə heyətini salamlayan səfir C.Mirzəyev tarixdə iki növ liderlik xüsusiyyətinin olduğunu, bunlardan birinin tarixdə qalan liderlik, digərinin isə tarix yazan liderlik olduğunu qeyd edib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məhz tarix yazan lider olduğunu vurğulayıb. Heydər Əliyevin Azərbaycan müasir tarixinin yaradıcısı, dövrünün həqiqi fenomeni olduğunu qeyd edən səfir, onun tarixə nadir lider, güclü dövlət rəhbəri, fədakar insan və dövlət quruculuğunda böyük çətinliklərin öhdəsindən gəlmək bacarığına sahib əfsanəvi şəxsiyyət olduğunu bildirib. Məhz Ümummilli Liderin əvəzsiz xidmətləri sayəsində Azərbaycanın gənc dövlət kimi öz ayaqları üzərində durduğunu, müstəqil ölkə kimi XXI əsrə qədəm qoyduğunu söyləyib.

Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verən səfir onun Sovet dövründə, həm də müstəqillik illərində göstərdiyi böyük rəhbərlik bacarığından bəhs edib.

Heydər Əliyevin müasir Azərbaycana 10 ildən çox prezidentliyi dövründə ölkədə köklü islahatların aparılmasına nail olduğunu söyləyib. Heydər Əliyevin çoxtərəfli siyasəti nəticəsində Azərbaycanın ABŞ, Avropa ölkələri, Türkiyə, Rusiya və İran kimi ölkələrlə qurulmuş yüksək münasibətlərdən bəhs edən səfir onun ölkənin, xalqın rifahı naminə reallaşdırdığı layihələr - “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri haqqında geniş məlumat verib. Ölkə Konstitusiyasının təkmilləşdirilməsi, təhsil sisteminin, xaricdə təhsil almaq imkanlarının artırılması kimi məsələlərin də Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirildiyini qeyd edən səfir Azərbaycan xalqının bütün həyatını Azərbaycanın və xalqının rifahına həsr edən Heydər Əliyevlə qürur duyduğunu, onun işıqlı xatirəsini əziz tutduğunu, ürəklərdə yaşatdığını vurğulayıb.

Sonra Bakrie Universitetinin Siyasi Elmlər Fakültəsinin rəhbəri Aditya Batara Günəvan çıxış edərək, İndoneziyanın ilk Prezidenti Sukarno haqqında məlumat verib, onun fəaliyyətində əsas amalın xalqların sülh və qardaşlıq şəraitində birgə yaşayacağı dünyanın qurulması olduğunu, gənclərin ölkənin gələcəyi olduğuna inandığını, bu məsələyə böyük diqqətlə yanaşdığını bildirib. Sukarnonun çox çətin şəraitdə hazırkı İndoneziya Respublikasını qurduğunu, bütün həyatını, sağlamlığını buna həsr etdiyini bildirən A.Batara Günəvan Azərbaycanla İndoneziya arasında münasibətlərin hazırkı inkişafından məmnunluğunu ifadə edərək, hazırda Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) məhz İndoneziyanın Bandunq şəhərində keçirilən və qəbul edilən Bandunq Prinsipləri əsasında yaradıldığını xatırladıb. Azərbaycanın QH-na 2019-cu ildən uğurla sədrlik etdiyini, həmin dövrdə qlobal məsələləri gündəliyə çıxarıldığını söyləyib. Qoşulmama Hərəkatının 18-ci Bakı Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən COVID-19 pandemiyası ilə mübarizədə bir sıra təşəbbüslər irəli sürdüyünü vurğulayıb. Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində ölkəmizin digər uğurunun gənclərlə iş sahəsinə xüsusi diqqət ayırmasının olduğu, bunun İndoneziyada böyük təqdirlə qarşılandığını deyib.

İndoneziya və Azərbaycan arasında münasibətlərin 30 illik səviyyəsindən məmnunluğunu ifadə edən A.Batara Cünəvan iki ölkə arasında ali təhsil ocaqlarının əməkdaşlıq səviyyəsinin artırılmasının vacibliyinə də diqqət çəkib.

Çıxışının sonunda belə bir vacib mövzuda tədbirin indoneziyalı tələbələrlə keçirilməsinin əhəmiyyətini qeyd edən natiq bu fürsəti yaratdığına görə səfirliyə minnətdarlığını çatdırıb.

Sonra tələbələrin verdiyi suallar cavablandırılıb, xatirə şəkilləri çəkdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Cakarta

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lorin Malmödə müvəqqəti butik açır

Latın Amerikası rekord temperatur və təbii fəlakətlərdən əziyyət çəkir

Qız voleybolçuların muxtar respublika birinciliyində qalib bəlli olub

İmtahanda ən yüksək nəticəni Laçın rayonundan olan şagird göstərib

Rumıniyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Qahirə Hüseynova: insanlarda Ulu Öndərin onları çətinliklərdən xilas edəcəyinə inam vardı

Latviyada Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “FEST101” festivalı keçirilib

Prezident İlham Əliyev Laçında kiçik su elektrik stansiyalarının açılışlarında iştirak edib YENİLƏNİB

Rustavidə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndinə köçmüş sakinlərlə görüşüb YENİLƏNİB

Azərbaycan Basketbol Liqası: "Sabah" "Xırdalan"a qalib gələrək finala yüksəlib

Xətai rayonunda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib

İraqda Ulu Öndərin xatirəsi anılıb

Şuşada birinci yaşayış kompleksinin açılışı və şəhərə köçmüş ilk sakinlərlə görüş  YENİLƏNİB-2 VİDEO

Gürcüstanın azərbaycandilli məktəblərində “Ulu Öndərin Ömür Yolu” adlı inşa müsabiqəsi keçirilib

YAP-ın təşkilatçılığı ilə “Heydər Əliyev irsi: milli maraqlarla bəşəri dəyərlərin vəhdəti” mövzusunda tədbir keçirilib

Ümummilli Liderin anadan olmasının ildönümü ilə əlaqədar Serbiyada tədbir təşkil edilib

Londonda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

COP29-un prezidenti Pakistanda COMSATS-in baş qərargahında olub

Mədəniyyət Nazirliyinin tabeliyindəki müəssisələrin rəhbərləri üçün təlim keçiriləcək

Pakistanın Baş naziri COP29-a dəvət olunub VİDEO

Premyer Liqa: "Neftçi" doğma meydanda "Kəpəz"i darmadağın edib

Prezident İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub YENİLƏNİB

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə SOCAR-da tədbir keçirilib

Prezident İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub YENİLƏNİB

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mamayı məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanışlıq  YENİLƏNİB

UNESCO-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib VİDEO

Şuşada “Şirin su” hamamının bərpadan sonra açılışı olub YENİLƏNİB

Ordu quruculuğu sahəsində Ulu Öndərin siyasi xəttini hazırda Prezident İlham Əliyev uğurla davam etdirir

Azərbaycanda “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyasına start verilib

Naxçıvanda əlilliyi müəyyən olunmuş 12 şəxsə avtomobil təqdim edilib

Gənc prokurorluq əməkdaşları Heydər Əliyev Mərkəzini ziyarət edib

AZƏRTAC-ın kollektivi Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla anıb VİDEO

Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Nyu-Yorkda şahmat turniri keçirilib

Din xadimləri Ulu Öndərin xatirəsini yad ediblər

Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın işıqlı sabahının təməlini qoyub

Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir

DTX-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbir keçirilib

Azərbaycan Ulu Öndər Heydər Əliyevin arzuladığı ucalığa yüksəlib

Şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 128 min şəxsə 344 min xidmət göstərilib

MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilən dəyirmi masa

Vitali Jakot: Heydər Əliyev Azərbaycan-Moldova münasibətlərinin banisi və memarıdır

Minskdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uruqvay mətbuatı Azərbaycan xalqının Ümummilli Liderindən yazıb

ADU-da “Azərbaycan-Çin” kitabı təqdim edilib

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

MBBİ-nin magistraturasının məzunu Oksford Universitetində dissertasiya müdafiə edib

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin qalib layihələrinin müəllifləri ilə görüş olub

AQTA rəhbərliyi Ulu Öndərin xatirəsini anıb

Mariya Stadnik uduzsa da, lisenziya şansını saxlayıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Batumidə də qeyd edilib

Ağdam Sənaye Parkında görülən işlərlə tanışlıq

Sosial-İqtisadi Kollecdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd edilib

Ümummilli Liderin doğum günündə Naxçıvanda aztəminatlı ailələrə sovqatlar təqdim olunub

Naxçıvanda istehlakçılara 1,3 milyon manat ƏDV geri qaytarılıb

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar YENİLƏNİB

Bıçaqla xəsarət yetirilən Bərdə sakininin vəziyyəti ağır-stabildir

Kür çayının daşması Qazaxda bir sıra fəsadlar yaradıb

Metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Tərtərlilər Ümummilli Lider Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad ediblər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ədəbi-bədii tədbir

Ulu Öndərin anadan olmasının 101-ci ildönümü Şamaxıda da qeyd edilib

Rusiya Dövlət Duması hökumət sədri postuna Mixail Mişustinin namizədliyini təsdiqləyib

Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü ilə bağlı “Sehrli Ordubad” fotosərgisi açılıb

NAYORA Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirib

İkinci yeri tutan gimnast: Bakı çempionatı mənim üçün yaxşı təcrübə oldu

Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanışlıq YENİLƏNİB

ASAN könüllüləri Ümummilli Lider Heydər Əliyevin xatirəsini anıblar

“AzerGold” və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Astarada yeni inşa olunan körpü istifadəyə verilib VİDEO

Medianın İnkişafı Agentliyində Ulu Öndərin anadan olmasının 101 illiyi ilə əlaqədar tədbir keçirilib, Ümummilli Liderin məzarı ziyarət edilib

Naxçıvanda “Heydər Əliyev və Naxçıvan” mövzusunda konfrans keçirilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

İqtisadiyyat Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

ADY rəhbərliyi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

® “PAŞA Holding”in törəmə şirkətlərindən olan “Agro Dairy”nin növbəti kənd təsərrüfatı təlimləri keçirilib

Qırğızıstanda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş tədbir təşkil edilib

Budapeştdə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi anılıb VİDEO

Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində ölənlərin sayı 3-ə çatıb

Daşkənddə Ulu Öndər Heydər Əliyevin doğum günü qeyd edilib VİDEO

BŞTİ-nin sektor müdiri: Müsahibədə uğur qazana bilməyən şəxs apellyasiyaya müraciət edə bilər

Kubalı deputat: Kuba-Azərbaycan əlaqələrinin təməli Heydər Əliyev tərəfindən qoyulub

İmişli sakinləri Ümummilli Liderin xatirəsini ehtiramla anıblar

Yekaterinburqda Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın turizm imkanları Cənubi Koreyada nümayiş etdirilir

BDU boş olan və seçki müddəti başa çatacaq vəzifələri tutmaq üçün müsabiqə elan edir

Pan-Afrika İqlim Ədaləti Alyansı Azərbaycanın qlobal iqlim fəaliyyəti sahəsində liderliyini yüksək qiymətləndirib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Şəkidə vətəndaşlarla görüşəcək

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Polşada qeyd edilib

® “AccessBank” Naxçıvanda sahibkarlara dəstək mövzusunda konfrans təşkil edib

Birinci sinfə qəbulda tədrisi digər dillərdə aparılan bölmələr üzrə təkrar müsahibədə kimlər iştirak edə bilər?

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

Azərbaycan gimnastı: Yarışda ən böyük rəqibim özüm idim

Prezident İlham Əliyev: Biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik

Prezidentdən xəbərdarlıq: Ermənistana verilən silahların kritik həddə çatmasını görsək, heç kim bizdən inciməsin

Prezident: Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması, delimitasiya, demarkasiyanın şərtlərimiz əsasında aparılması növbəti zəfərimizdir VİDEO

Botanika İnstitutunda konfrans: Dünyamızı yaşıllaşdıraq

Azərbaycan Prezidenti: Qafqazda aparıcı dövlət bizik və bizimlə hər kəs hesablaşmalıdır VİDEO