REGİONLAR


Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi

Astara, 15 iyun, AZƏRTAC

15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətçiliyi xilas edildi, Azərbaycan xalqının bugünkü xoş, firavan günlərinin təməli qoyuldu. Məhz həmin tarix Qurtuluş Günü bayramı kimi tarixə düşüb. Hər il olduğu kimi, bu il də Astara rayonunun idarə, müəssisə və təşkilatlarında Milli Qurtuluş Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev, icra hakimiyyəti aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Bütün həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adı tariximizə müstəqilliyimizin memarı kimi yazılıb. Zəngin fəaliyyəti, böyük xilaskarlıq missiyası, misilsiz insani keyfiyyətləri sayəsində Ulu Öndər zirvəsinə ucalmış, zəmanəmizin əbədiyaşar dahisinə çevrilmiş Heydər Əliyevin əziz xatirəsini qədirbilən xalqımız daim hörmətlə anır.

Müstəqil Azərbaycanımız Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçərək dünyada söz sahibi olan bir ölkəyə çevrilib. Bunun nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müdrikliyi, fenomenal idarəetmə bacarığı, cəsarəti və qətiyyəti ilə Şanlı Azərbaycan Ordusu uzun illər düşmən tapdağında olan doğma torpaqlarımızı qısa müddətdə azad edərək xalqımızı qalib xalq kimi dünyaya tanıtdı. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi güclü, mütərəqqi mövqeyi ilə dünyada tanınan, azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər bu uğurların məntiqi nəticəsidir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimiz bundan sonra da inkişaf edəcək və bütün hədəflərinə çatacaq, əbədi yaşayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.