MƏDƏNİYYƏT


Ulu öndər Heydər Əliyevlə bağlı fotosənədlərin elektron versiyası hazırlanıb

Bakı, 16 may, AZƏRTAC

Dövlət Kino-Foto Sənədləri Arxivində ulu öndər Heydər Əliyevin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən fotosənədlərin elektron versiyası hazırlanıb.

Bu barədə AZƏRTAC-a Milli Arxiv İdarəsinin informasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov bildirib.

Onun sözlərinə görə, elektron versiyada Ulu Öndərin sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi illəri əks etdirən 1435 saxlama vahidi fotosənəd yer alır.

Fotosənədlərin mövzusunun əsasını memarlıq, şəhərsalma, sənayeləşmə, aqrar-sənaye kompleksləri, hərbi təhsil, metro tikintisi, elm-mədəniyyət xadimləri ilə görüş, xarici ölkələrdən gələn qonaqların qəbulu, dövlət mükafatlarının təqdim edilməsi, meşə və yaşıllıqların salınması təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.