CƏMİYYƏT
Ümummilli Liderin gənclərin inkişafı istiqamətində gördüyü işlər heç vaxt unudulmayacaq
Bakı, 12 dekabr, AZƏRTAC
Ölkəmizdə hər bir sahə kimi təhsilin inkişafı da ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin fəaliyyəti dövründə gənclərə və təhsilə həmişə xüsusi diqqət və qayğı göstərilib.
Bu sözləri dekabrın 12-də Ulu Öndərin əziz xatirəsini yad etmək üçün Fəxri xiyabana gəlmiş Azərbaycan Kooperasiya Universitetinin tələbə gənclər təşkilatının sədri, mətbuat xidmətinin rəhbəri Tamerlan Əkbərov AZƏRTAC-a müsahibəsində deyib.
T.Əkbərov bildirib ki, ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin qazanılması və möhkəmləndirilməsindəki müstəsna rolu, milli-mənəvi dəyərlərimizin təbliği və qorunması, dövlət gənclər siyasəti istiqamətində gördüyü işlər xalqın yaddaşında daima yaşayacaq. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.