Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Unudulmaz teatr və kino aktyoru - Ağadadaş Qurbanov

Bu gün Xalq artisti Ağadadaş Qurbanovun anım günüdür

Bakı, 22 iyun, AZƏRTAC

Misilsiz aktyorluq istedadı ilə dərin məzmunlu, unudulmaz surətlər yaradaraq tamaşaçıların qəlbinə yol tapan Ağadadaş Qurbanov zəngin və mənalı yaradıcılıq yolu keçib. 53 illik ömrünün, demək olar ki, 40 ilini sənətə, teatra həsr edib.

AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti Ağadadaş Qurbanovun vəfatından 57 il ötür.

Ağadadaş Qurbanov 1911-ci il martın 8-də Bakıda anadan olub. Hələ yeniyetmə ikən dram dərnəkləri təşkil edib, orada bir çox rollar oynayıb. 1925-ci ildə H.A.Abbasovun “Sabirin məhkəməsi” adlı tamaşasında Sabirin oğlu rolunu çox gözəl ifa edib. 1927-ci ildə Bakıda uşaqlardan ibarət dram dəstəsi təşkil olunur və Lətif Kərimlinin “Fırtına” adlı pyesi tamaşaya qoyulur. 16 yaşlı Ağadadaş tamaşanın quruluşçu rejissorluğunu üzərinə götürür. Onun tamaşadakı rolu isə hamını valeh edir.

1928-ci ildə A.Qurbanovun yaradıcılıq taleyi Bakıda yaradılan “Fəhlə Uşaqları Teatrı”na (sonralar Gənc Tamaşaçılar Teatrı adlandırılır) bağlanır və bu teatrın təməl daşını qoyan ilk sənətkarlardan biri olur. Sənətkar Gənc Tamaşaçılar Teatrının səhnəsində 50-dək rol oynayıb. O, C.Cabbarlının “Aydın” əsərində Aydın, F.Şillerin “Qaçaqlar” əsərində Karl Mor, N.V.Qoqolun “Müfəttiş” əsərində Xlestakov, M.F.Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” əsərində Molla İbrahim Xəlil kimyagər, N.B.Vəzirovun “Hacı Qəmbər” əsərində Hacı Qəmbər və s. yaddaqalan obrazlar yaradıb, oynadığı tamaşalar teatrın qızıl fonduna daxil edilib.

Gənc Tamaşaçılar Teatrında şöhrət qazanan A.Qurbanov 1952-ci ildə Dövlət Akademik Dram Teatrına dəvət alır. Bu teatrda da o, tamaşaçılar tərəfindən daim sevilən, alqışlanan sənətkarlardan biri olub. Teatrın səhnəsində L.Vaqanın “Sevilya ulduzu” əsərində Sanço, V.Şekspirin “Otello” əsərində Otello, H.Cavidin “Şeyx Sənan” əsərində Şeyx Sənan, “Səyavuş” əsərində Səyavuş, “İblis”də İblis, C.Cabbarlının “Almas” əsərində Mirzə Səməndər, “Od gəlini” əsərində Əbu Übeyd, “Dönüş” əsərində Ötgün, R.Əlizadənin “Qış nağılı” əsərində Kamillo, M.F.Axundzadənin “Hacı Qara” əsərində Hacı Qara, S.Rəhmanın “Toy” əsərində Dəmirçi Musa, S.Vurğunun “Vaqif” əsərində Vaqif və s. rəngarəng, mürəkkəb və müxtəlif parlaq rollar ifa edib.

Xalq artisti Ələsgər Ələkbərovdan sonra hər bir sənətkar Vaqif kimi dərin məzmunlu, poetik və mürəkkəb bir rolun ifasını boynuna götürməyə can atmazdı. Lakin A.Qurbanov bu çətin və məsuliyyətli rolun ifasından ustalıqla gəlməyi bacarıb. O, Vaqifin böyük şair, müdrik dövlət xadimi surətini dərin bir inam və səmimiyyətlə yaradıb.

Şeyx Sənan surəti də onun yaradıcılığının uca zirvəsi oldu. Hər çiçəyin öz ətri olduğu kimi, hər aktyorun da ifasında öz məlahəti olur. H.Cavidin “Şeyx Sənan” əsərindəki Şeyx Sənan rolunun ilk ifaçısı Rza Əfqanlı olub, ondan sonra bu rolu A.Qurbanov ifa etmişdi. O, Şeyx Sənanı od ürəkli bir aşiq və eşqi uğrunda hər şeyi fəda edən bir insan kimi yaradıb.

Aktyor 1943-cü ildə respublikanın “Əməkdar artisti”, 1954-cü ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

A.Qurbanov, eyni zamanda, mahir kino aktyoru idi. “Koroğlu” filmində Həsən xan, “Bir qalanın sirri”ində Usta, “Bizim küçə” filmində Bəhram, “Qızmar günəş altında” filmində professor, “Telefonçu qız” filmində Zakirin atası və s. rollarda çəkilib. Aktyorun Azərbaycan kinosunun incilərindən olan “Arşın mal alan” filmində yaratdığı Soltan bəy obrazını xüsusi qeyd etmək gərəkdir.

O, müğənni Gülxar Həsənovanın həyat yoldaşı, aktyor Hamlet Qurbanovun və aktrisa Gülşən Qurbanovanın atasıdır.

Sənətkar 1965-ci il iyunun 22-də faciəli şəkildə həlak olub. Bakıda Fəxri xiyabanda dəfn edilib.

A.Qurbanovun şəxsi fondu S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB VİDEO

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb