“VİNTERSHALL” KONSERNİ XƏZƏRİN ŞİMAL HİSSƏSİNDƏ NEFT AXTARIŞINA BAŞLAYIR
AzerTAg.az
AZƏRTAC-ın İTAR-TASS agentliyindən aldığı xəbərə görə, daha bir Qərb şirkəti Xəzər dənizində neft axtarışına başlayır. Söhbət Almaniyanın “Vintershall” konsernindən gedir. Bu konsern Xəzər dənizinin şimal hissəsində, Dağıstan sahillərində 8 min kvadratkilometr sahədə neft kəşfiyyatı aparacaqdır. Kəşfiyyat quyusunun 2004-2005-ci illərdə qazılacağı nəzərdə tutulmuşdur. Konsernin idarə heyətinin üzvü bu barədə xəbər verərək demişdir ki, “bu rayonda iki perspektivli geoloji struktur var”.
Bu iş “Vintershall” konserninin Xəzər dənizinin bir sıra bölgələrində neft kəşfiyyatına məxsusi hüququ olan Rusiyanın “Meqatron” şirkətinin səhmlərinin 70 faizini əldə etməsi sayəsində mümkün olmuşdur.
Xəbərin mətnində orfoqrafik səhv var