CƏMİYYƏT


Vergilər Nazirliyi uşaqları sevindirib

Bakı, 7 yanvar, AZƏRTAC 

Vergilər Nazirliyinin təşkilatçılığı ilə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə valideyn himayəsindən məhrum olmuş internat məktəblərindən olan şagirdlər üçün Bakı şəhərində yerləşən əyləncə mərkəzlərindən birində maraqlı istirahət proqramı təşkil edilib.

AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, Bakıdakı bir neçə internat məktəbinin şagirdləri əyləncə mərkəzində şən və yaddaqalan vaxt keçiriblər. Mərkəzdəki müxtəlif yaş kateqoriyaları üçün nəzərdə tutulmuş attraksionlar və müxtəlif oyunlar məktəblilərin tam ixtiyarına verilib.

Sosial məsuliyyət strategiyası çərçivəsində ictimaiyyət nümayəndələri üçün faydalı təşəbbüslərin dəstəklənməsinə daim diqqətlə yanaşan və sosial layihələrin həyata keçirilməsində fəal tərəfdaş kimi iştirak edən Vergilər Nazirliyinin Yeni il şənliklərini təşkil etməkdə əsas məqsədlərindən biri də valideyn himayəsindən məhrum olmuş və qayğıya daha çox ehtiyacı olan məktəblilərin cəmiyyətə inteqrasiyasına dəstək vermək və onlarda ruh yüksəkliyi yaradaraq təhsilə marağı stimullaşdırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.