MƏDƏNİYYƏT


Violonçel ifaçısı Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək

Bakı, 23 iyul, AZƏRTAC

Violonçel ifaçısı Camal Əliyev iyulun 28-də Böyük Britaniyanın Birminhem şəhərində konsert proqramı ilə çıxış edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat musiqiçinin saytında yer alıb. Camal Əliyev Birminhem Simfonik Orkestri ilə birlikdə çıxış edəcək. Orkestrə Maykl Siil dirijorluq edəcək. Camal Əliyev orkestrlə birlikdə D.Şostakoviçin “Violonçel üçün bir nömrəli konsert”ini səsləndirəcək.

Camal Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.