MƏDƏNİYYƏT


“Virtual kitab sərgisi” layihəsində Xalq şairi Xəlil Rza Ulutürkün əsərləri təqdim edilib

Bakı, 10 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi respublikamızda yaranmış mövcud vəziyyətlə bağlı oxucularla ünsiyyəti internet üzərindən davam etdirir.

İdarədən AZƏRTAC-a bildirilib ki, kitabxana oxuculara “Virtual kitab sərgisi” layihəsi çərçivəsində milli və dünya ədəbi irsinə dəyərli töhfələr vermiş simalara həsr olunan videoçarxlar hazırlayır.

Təqdim edilən yeni virtual kitab sərgisi Xalq şairi, ədəbiyyatşünas alim Xəlil Rza Ulutürkə həsr edilib.

Layihənin əsas məqsədi oxucularda mütaliəyə marağı artırmaq, karantin günlərində oxucuların asudə vaxtının mənalı təşkili, dünyagörüşlərinin artırılması üçün ən gözəl vasitə olan kitabları tanımaq və tanıtmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.