SİYASƏT


XATİRƏ MƏRASİMİ KEÇİRİLMİŞDİR

Azərbaycanlıların soyqırımı günü münasibətilə Hərbi Dəniz Qüvvələrinin zabitlər evində xatirə mərasimi keçirilmişdir. Şəxsi heyət bir dəqiqəlik sükutla vətən uğrunda canlarını qurban vermiş şəhidlərin ölməz ruhunu yad etmişdir.

Mərasimdə çıxış edən natiqlər ermənilərin yüz illərdən bəri azərbaycanlıların başına gətirdikləri müsibətlər, vəhşiliklər, apardıqları soyqırımı siyasəti haqqında danışmışlar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, respublikanın əməkdar artisti Ağalar Bayramov, bədii qiraət ustaları Zöhrab İmanquliyev, Arif Məmmədov Vətən, torpaq, yurd haqqında şerlər söyləmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.